Uşaqları inkişaflarına ziyan vuran informasiyadan qorumaq üçün QANUN layihəsi hazırlanıb

Day.Az представляет новость на азербайджанском языке

Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması ilə bağlı qanun layihəsi hazırlanıb və müvafiq orqanlara təqdim edilib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.

A.Naxçıvanlı komitənin 2017-ci ilin payız sessiyasında gördüyü işlər barədə məlumat verib.

O qeyd edib ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq orqanlara təqdim edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.