Bank of Baku İpoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı

Bank of Baku, ev sahibi olmaq istəyənləri yenə sevindirdi - İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi.

İllik faiz dərəcəsini aşağı salan bank, 150.000 AZN-dək İpoteka kreditini indi 7% illik faiz dərəcəsi ilə təqdim edir.

Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLKİN ÖDƏNİŞ isə sadəcə 20% təşkil edir.

İpoteka krediti əldə etmək istəyənlər rəsmiləşdirmə üçün aşağıdakı ilkin sənədləri təqdim etməlidirlər:

-​ Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

-​ Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

-​ Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

-​ İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

-​ Asan imza və ya Elektron imza.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına İpoteka kreditlərindən faydalanmaq istəyən hər bir şəxs https://e-gov.az  saytından qeydiyyat keçib, Bank of Baku-ya müraciət edə bilər.

145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında ətraflı məlumat almaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku