Bakıda sürüşdürülən bina tamamilə yenidən üzlənib – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Bu ilin aprel ayında Bakı şəhərinin Füzuli küçəsi 39 ünvanında yerləşən tarixi binanın sürüşdürülməsindən sonra ərazidə əsaslı abadlıq işləri görülüb.
Publika.Az-ın məlumatına görə, uzunluğu 52, eni 35, hündürlüyü 20 metr olan 18 min ton ağırlığındakı bina yerini dəyişdikdən sonra tamamilə yenidən üzlənib. Binadakı bütün kommunikasiya xətləri dəyişdirilib. 10,5 metr geriyə çəkilən binada sürüşdürmə əməliyyatı zamanı kiçik çatlar yaransa da, sonradan həmin çatlar örtülüb. Hazırda binanın fasadında və bəzi künclərində xırda çatları müşahidə etmək mümkündür.
Qeyd edək ki, Bakıda ilk dəfə həyata keçirilən binanın yerini dəyişdirilməsi əməliyyatını Hollandiyanın Bresser şirkəti və yerli mütəxəssislər həyata keçiriblər. Bina hər saat 8 santimetr olmaqla bir neçə gün ərzində 10 metr yarım məsafədə geri çəkilib. Adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.
Böyütmək üçün şəkillərə klikləyin.








Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре