TQDK-dan sevindirici XƏBƏR

Day.Az представляет новость на азербайджанском языке.


"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb".

APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O, bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib:

"Bu çox böyük rəqəmdir". M. Abbaszadə qeyd edib ki, artıq TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır: "Komissiya son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub. Cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 167 385 dəfə istifadə olunub ki, bu da bir təşkilat üzrə yüksək göstəricidir".