Dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi
.png)
İyunun 12-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Day.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Qeyd edək ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Yarış sabah Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Dünya çempionatının təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 20:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.
Kişilər
-60 kq
1/16 final
Əhməd Yusifov - Ryuju Naqayama (Yaponiya)
-66 kq
1/32 final
Ruslan Paşayev - Ronald Lima (Braziliya)
-73 kq
1/16 final
Hidayət Heydərov - Otari Kvantidze (Portuqaliya)
Rəşid Məmmədəliyev - Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
-81 kq
1/16 final
Zelim Tçkayev - Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə
-90 kq
1/32 final
Vüqar Talıbov - Luka Maysuradze (Gürcüstan)
1/16 final
Elcan Hacıyev - Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə
-100 kq
1/16 final
Zelim Kotsoyev - Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə
+100 kq
1/32 final
Uşanqi Kokauri - İqor Vraçar (Serbiya)
Qadınlar
-48 kq
1/32 final
Leyla Əliyeva - Kurbanay Kurbanova (Türkmənistan)
Könül Əliyeva - Mariya Seliya Laborde (ABŞ)
-52 kq
1/32 final
Gültac Məmmədəliyeva - Sofiya Asvesta (Kipr)
-57 kq
1/16 final
Fidan Əlizadə - Maritsa Perişiç (Serbiya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan - Almaniya
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре