Şarapova 150 milyon dollar itirə bilər

Day.Az представляет новость на азербайджанском языке:
İdman marketinqi üzrə ekspert Naycel Karrinin dediyinə görə, dopinq qalmaqalına görə rusiyalı tennisçi Mariya Şarapova 150 milyon dollar itirə bilər.
Milli.Az ABC-yə istinadən bildirir ki, Karri deyib: "Əgər Mariya 4 illik diskvalifikasiyaya məruh qalarsa, karyerası bitəcək və ən azı 150 milyon dollar itirəcək. Mariya kortdan kənarda çox pul qazanır. 11 il idi ki, o, dünyada ən çox qazanan qadın idmançı idi".
Xatırladaq ki, dünyanın ən məşhur tennisçilərindən biri, rusiyalı Mariya Şarapova ABŞ-ın Los-Anceles şəhərində keçirdiyi mətbuat konfransında sensasiyalı açıqlama verib.
Onun dediyinə görə, "Böyük Dəbilqə" turniri çərçivəsində Avstraliyada keçirilən "Australian Open" turniri çərçivəsində yanvarda dopinq testdən keçməyib.
Qara paltar geyinmiş Mariya deyib: "Demək istəyirəm ki, turnir zamanı dopinq testdən keçdim. Nəticə müsbət oldu. Məsuliyyəti bütünlüklə üzərimə götürürəm. Söhbət "meldonium" preparatından gedir. Onu mənə həkimim verdi və bu, səhv idi. Ümid edirəm ki, tennis oynamaq üçün mənə daha bir şans verəcəklər. Karyeramı belə başa vurmaq istəmirəm".
28 yaşlı tennisçinin sözlərinə görə, "meldonium" preparatını 2006-cı ildə, orqanizmində maqnezium çatışmazlığı aşkarlananda qəbul etməyə başlayıb. Dərman Mariyaya fiziki ağırlıqlara dözməyə imkan verirdi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре