Polislər üçün yeni elektromobillər gətirildi

Day.Az представляет новость на азербайджанском языке

Bakıya Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib. Sözügedən mini maşınlar Dənizkənarı Milli Parkın ərazisində xidmət göstərəcək.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, hazırda bu tipli elektromobillərdən Bakıya 6 ədəd gətirilib.

Post Patrul Xidmətinin əməkdaşları həmin elektromobillərdən açıq hava şəraitində istifadə edəcəklər. Onlar Bulvar ərazisində hərəkət edən polislərin ictimai asayişi qorumasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, hazırda Dənizkənarı Milli Parkda ənənəvi avtomobillərlə nəzarət həyata keçirirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.