Yerevanda etiraz aksiyaları başladı

Day.Az представляет новость на азербайджанском языке
Yerevandakı "Azadlıq" meydanında "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin təşkil etdiyi mitinq keçirilir.
Milli.Az modern.az-a istinadən bildirir ki, mitinqdən sonra yürüş planaşdırılıb.
Mitinq təşkilatçılarının bəyan etdiyinə görə, məqsəd ölkədəki sosial-iqtisadi situasiyaya və insan haqlarının pozulmasına etiraz etməkdir.
Aksiyada "İrs" Partiyasının lideri Raffi Ovannsyan, "Ayağa qalx" hərəkatının üzvü Andrias Qukasyan, "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin birləşmiş qəragahının rəisi Jirayr Sefilyan da iştirak edirlər.
Mitinq iştirakçıları yürüşlə Avropa İttifaqının ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim etmək niyyətindədirlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре