https://news.day.az/azerinews/769873.html
Türkiyədə bayram təxirə salındı
Türkiyədə bayram təxirə salındı
Day.Az представляет новость на азербайджанском языке
Türkiyədə hər il təntənə ilə qeyd olunan 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı təxirə salınıb.
Day.Az teleqraf.com-a istinadən bildirir ki, buna səbəb kimi Türkiyədə ard-arda gələn şəhid xəbərləri göstərilib.
Türkiyə Böyük Millət Məclisindən verilən açıqlamada bildirilib ki, hər gün şəhid xəbərlərinin gəldiyi bir vaxtda təntənəli mərasimlərin keçirilməsi doğru deyil.
Qeyd edək ki, 23 aprel ilk dəfə Mustafa Kamal Atatürkün əmri ilə Milli Suverenlik və Uşaq bayramı günü kimi qeyd edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре