2 avtomobil toqquşub, xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке:

İsmayıllı-Qəbələ yolunda 2 minik avtomobil toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, İsmayıllı-Qəbələ yolunun 8-ci kilometrliyində "GRAND-TİGER" və "QAZEL" markalı 2 minik avtomobilinin toqquşub.

Nəticədə, "GRAND-TİGER" markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarmış və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər.

Əməliyyat saat 20:40-da başa çatıb.