Ermənistan yaralı hərbiçilərinin yeni sayını açıqladı

Day.Az представляет новость на азербайджанском языке
Dağlıq Qarabağda təmas xəttində ermənilər tərəfindən yaralananların sayı 125 nəfərdir.
Day.Az report-a istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Hərbi-Tibbi İdarəsi rəisinin müavini Arutyun Qalstyan aprelin 15-də jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, yaralıların 5-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5 tarixində baş verən döyüş nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən və yaralanan silahlılarının sayını gizlətməkdədir. Ermənistan Müdafiə Nazirliyi itkilər barədə hər gün yeni siyahı təqdim edir. Arutyun Qalstaynın elan etdiyi rəqəm də itkiləri gizlədib, onların sayını erməni cəmiyyətinə tədricən çatdırmaq taktikasının tərkib hissəsidır.
Xatırladaq ki, ötən gün düşmənin növbəti təxribatının qarşısnı alan zaman Milli Ordumuzun kiçik çavuşu Rüstəm Oruc oğlu Əhmədov şəhid olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре