Futbol üzrə yığma komandaların 5 cəzalandırma nümunəsi - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Şimali Koreya futbol üzrə yığma komandasının Cənubi Afrika Respublikası mundialında məğlubiyyəti milli komandanın baş məşqçisinin həbsinə gətirib çıxarıb
Müxtəlif ölkələrin futbol üzrə yığma komandalarının uğursuzluğa düçar olması bəzən yalnız azarkeşlər üçün üzüntü ilə deyil, eyni zamanda oyunçuların, məşqçi tərkibi və idmanla əlaqəsi olan digər şəxslərin özlərinin real olaraq cəzalandırılması ilə nəticələnir.
İnterAz sizlərə böyük ümidlərin bəsləndiyi futbol üzrə yığma komandaların beş cəzalandırma nümunəsini təqdim edir.
Şimali Koreya
Şimali Koreya futbol üzrə yığma komandasının Cənubi Afrika Respublikası mundialında məğlubiyyəti milli komandanın baş məşqçisinin həbsinə gətirib çıxarıb. Dövlət başçısının şəxsi göstərişi üzrə Kim Con Xun həbs düşərgəsinə göndərilib. Burada baş məşqçini sutkada 14 saat ağır fiziki əməklə məşğul olmağa vadar ediblər. Şimali Koreya lideri baş məşqçinin son nəticədə futbol üzrə Portuqaliya yığma komandasına 0:7 hesabı ilə məğlub olmasına gətirib çıxaran cinayət törətdiyini hesab edib. Kim Con Xun bunun şəxsi səhvi olduğunu etiraf etməklə güllələnmək təhlükəsi qarşısında olan futbolçuları xilas edib. 1966-cı il çempionatından Şimali Koreya yığması ¼ finala çıxdıqdan sonra məğlub olduğuna görə bir hücumçu istisna olmaqla bütün oyunçular düşərgəyə göndərilib.
Çin
2013-cü ildə futbol üzrə Çin yığma komandası Taylanda 1:5 hesabı ilə məğlub olub. Onsuz da özlərini alçalmış hiss edən azarkeşlər içərisində futbolçuların olduğu avtobusun qarşısını kəsərək uzun müddət onları təhqir atəşinə tutublar. Bütün bunlar Çin kommunist partiyası baş katibi və ölkə sədri Si Zinpinin 60 yaşı tamam olan gün baş verib. Bayram ab-havasına son qoyulub, əvəzində dövlət başçısı futbolda bəzi düzəlişlər etməyin vaxtının yetişdiyindən əmin olub. Tezliklə Çin Futbol Federasiyasının keçmiş iki prezidenti 10 il yarım müddətinə həbsə göndərilib. Yığma komandanın daha dörd oyunçusu altı ilə azadlıqdan məhrum edilməklə yanaşı böyük məbləğdə cərimə edilib. İki dəfə Asiyanın ən yaxşı hakimi adına layiq görülən və 2002-ci il futbol üzrə Dünya çempionatında hakimlik edən Lyu Yun isə edam cəzası ilə üzləşib.
Nigeriya
Nigeriya prezidenti Qudlak Conatan Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya çempionatında ölkə yığma komandasının uğursuzluğu düçar olmasından sonra ölkə futbolunda ciddi dəyişikliklər edib. O, milli komandaya yaxın iki il ərzində yarışlarda iştirakını qadağan edib. Nigeriyalılar Dünya çempionatında qrupda son yeri tutublar: Argentinaya (0:1), Yunanıstana (1:2) məğlub olublar, Cənubi Koreya ilə isə heç-heçə (2:2) oynayıblar. Bundan başqa federasiya icraiyyə komitəsi mundialdakı uğursuzluğa görə azarkeşlər və hökumətdən üzr istəyib.
Salvador və Honduras
Futbol üzrə Honduras yığma komandasının prinsipial rəqibi Salvador millisinə məğlub olması real müharibəyə səbəb olub. Ay ərzində iki ölkənin futbol komandaları 1970-ci il futbol üzrə Dünya çempionatının final hissəsinə çıxış əldə etmək üçün iki oyun keçirməli idilər. Salvador və Hondurasda oyun kütləvi iğtişaşlarla müşayiət olunaraq insan itkilərinə səbəb olub. Emosiyalar tarıma çəkilib, hər iki ölkə mətbuatında isteriya yaranıb. 1969-cu il iyunun 24-də Salvador silahlı qüvvələrin səfərbərliyinə başlayıb. Qısa müddətli olmasına baxmayaraq (müharibə cəmi 6 gün davam edib) münaqişə hər iki tərəfə baha başa gəlib: ümumilikdə minlərlə insan ölüb.
SSRİ
1952-ci il Olimpiadasında baş tutan SSRİ-Yuqoslaviya oyunu Stalin üçün prinsipial olub: O, müttəfiq ölkə rəhbəri İosif Broz Titonu tənbih etmək istəyib. Oyun 5:5 hesabı ilə bitib, təkrar oyun Tampere şəhərində təşkil edilib. Bu oyunu sovet idmançıları 1:3 hesabı ilə məğlub olub. Oyunçular evə qayıtdıqları zaman onları Kremldən gələn iki qətnamə gözləyib: birinci- Mərkəzi Sovet Ordusu Evinin (yığma komanda əsasən bu komandadan təşkil edilib) yenidən təşkili, ikinci- bəzi oyunçular və məşqçi Boris Arkadyevin əməkdar idman ustası adından məhrum edilməsi barədə.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре