Azərbaycan idmançısı Avropa çempionu oldu

Day.Az представляет новость на азербайджанском языке

Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən Pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq soydaşımız Fərəc Cəlilov birinci yerə layiq görülüb.

Day.Az-ın məlumatına görə, Fərəc ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək "squat" hərəkətində 250 kq, "bench-press" 190 kq, "deadlift" 310 kq qaldırıb 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb.

Qeyd edək ki, yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib.  Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası Pauerliftinq üzrə hətta Mütləq Avropa və Dünya Çempionu titulunu qazanmışdır və Dünya rekorduna imza atmışdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.