İrem Dericiyə görə evi tərk etdi

Day.Az представляет новость на азербайджанском языке

Məşhur müğənni İrem Derici ilə sevgili olan, Selam Şahin - Didem Şahin cütlüyünün oğlu Lider Şahin evi tərk edib.

Axşam.az Türkiyə mətbuatına istinadəən xəbər verir ki, buna səbəb Lider Şahinin anasının onun İremlə münasibətinə qarşı çıxmasıdır.

Anası ilə mübahisə edən Lider evi tərk edərək İremin yanına köçüb.

Selami Şahin həyat yoldaşına Lider və İreminin münasibətlərinə qarışmamağı məsləhət görsə də, Didem Şahin israrla onların birlikdə olmasını istəmir.

Qeyd edək ki, İ.Derici 1,5 il evli qaldığı Rıza Esendemirdən 2016-cı ilin martında boşanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.