Dörd futbolçu "Qalatasaray"a narahatlıq yaradıb
Day.Az представляет новость на азербайджанском языке
"Qalatasaray" Eren Derdiyoku transfer edəndən sonra Tarık Camdal, Olcan Adın, Umut Bulut və Endoğanın özünə yeni klub tapmaması narahatlıq doğurub. Bununla UEFA tərəfindən İstanbul klubuna qoyulan xərc limiti aşılıb - 65 milyon. Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik sözügedən futbolçuları tez bir zamanda gələn təklifləri dəyərləndirməyə çağırıb.
Olcanın adı "Bursaspor"la hallanırsa, Umut "KDÇ Karabükspor"un maraq dairəsindədir. Amma "Qalatasaray"da yaxşı məvacib alan futbolçular məvacibin azalmasını istəmir. Belə ki, Umut və Olcan 1.8 milyon, Tarık Camdal isə 1.4 milyon avro maaş alır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре