Banka kredit borcu olan adam xüms verməkdən azaddırmı?

Day.Az представляет новость на азербайджанском языке

Day.Az islam.az-a istinadən bildirir ki, kredit borcu olan şəxsin bir illik qazancından ehtiyacdan artıq pulu və əmlakı qalarsa, xüms verməlidir. Çünki o öz borcunu birdəfəlik deyil, bankla bağladığı müqavilə əssında hissə-hissə ödəyir. Bu ödəniş onun aylıq məxaricinin bir hissəsidir və bu məxaricin mümkünlüyünü nəzərə alaraq kredit götürmüşdür. Amma əgər krediti olan şəxs aylıq kredit borcunu nəzərdə tutulan şəkildə vaxtında ödədikdən sonra ilin sonunda ehtiyacından artıq pulu və əmlakı qalmasa, xüms verməkdən azad olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.