Məşhur futbolçu səfil həyatı sürür,

Day.Az представляет новость на азербайджанском языке

Bir zamanlar İngiltərənin ən məşhur futbolçularından olmuş Kenni Sensom indi evsiz-eşiksiz, sərgərdan, küçələrdə yatan insandır.

57 yaşlı Kenni Sensom "Kristel Pelas" və "Arsenal" klublarının ulduzu, İngiltərə yığmasının oyunçusu olmuşdu. 

Milli.Az The Sun-a istinadən bildirir ki, uzun müddətdən bəri əyyaşlıq edən Sensom ötən il alkoqol asılılığından qurtulmaq üçün 3 həftəlik kurs keçmişdi.

"İçməyin daşını atdım!" deyən sabiq ulduz normal həyata başladığını demişdi.

Lakin indi o, yenə də əyyaşlıq edir, küçələrdə yatır.

Arvadının onu tərk edərək boşanmasından sonra içməyə başlamış futbolçu 2013-cü ilin avqustunda evsiz qalmışdı.

Dünən Sensom Londonun cənub-şərqindəki Bromsli bölgəsində, Suensberidəki supermarketlərdən birinin avtodayanacağında yatmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.