Mikroavtobus minik avtomobili ilə toqquşub, 2 nəfər xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən ərazisində qəza baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes-Sprinter" markalı mikroavtobusla "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 2 nəfər - Şəmkir rayon Kür qəsəbə sakini 1985-ci il təvəllüdlü Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 1980-ci il təvəllüdlü Bayram Əlibabayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре