Teleaparıcı ad gününü belə qeyd etdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün ANS telekanalının aparıcısı Rövşanə Bektaşinin ad günüdür.

36 yaşı tamam olan Rövşanə xanım təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşüb:

"Bu günü ailəm və dostlarımla qeyd edəcəm. Mən ad günü keçirməyi sevirəm. Dostlarımı bir araya yığmaq üçün gözəl bəhanə yaranır. Nə yaxşı ki, bu dünyaya gəlmişəm və varam. Hərdən yaşımın üstə yaş gəlməsinə görə üzülürəm. Amma balamı görəndə, onun təbrikini eşidəndə bütün üzüntülərim yox olur. Bu yaşın mənə qazandırdığı dostlarım, sevənlərim və işim var. Yaş faktoru mənim üçün adiləşib. İlk təbriki qızımdan aldım. Daha sonra anamdan, qardaşımdan təbriklər gəldi. Bu gün canlı yayımda qonaq idim. Tamaşaçılar gözəl ismarışlar yazdılar.

Özəl bir təbrik gözləyirəm. Hər bir xanımın xoş günündə bu cür gözləntisi olur. Xüsusi hədiyyə arzulamıram. Mən gülü sevməsəm də, ad günümdə xoşum gəlir. Hədiyyənin bahalı və ucuz olmasının əhəmiyyəti yoxdur, kim nə istəyir verə bilər".

Böyütmək üçün şəkillərə klikləyin: