Aşıq Zülfiyyə: "Şüşə üstə rəqs edirdim"

Day.Az представляет новость на азербайджанском языке:

Aşıq Zülfiyyə özü ilə bağlı maraqlı açıqlamalar edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Solo" verilişində bir vaxtlar peşəkar idmançı olduğunu bildirib:

"Uşaq vaxtı mənim etdiyim hərəkətləri heç bir idmançı bacarmazdı. Kəndir üstə gəzirdim, gimnastika ilə məşğul olurdum. Hətta şüşə üstə rəqs də edirdim. Qaçışlarda həmişə birinci olmuşam. Musiqiyə başlayandan sonra idmanı atdım. Əgər mən sənətçi olmasaydım, indi peşəkar idmançı idim".