Afaq biznes ledi olacaq: “Restoran açıram” - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Müğənni Afaq Aslan biznes ledi olmaq qərarına gəlib. Day.az-a açıqlama verən ifaçı bildirib ki, paytaxtın mərkəzində restoran açır: "Demək olar ki, 2015-ci il mənim ilim oldu. Həm yaradıcılığımda, həm də şəxsi həyatımda hər şey öz yolunda getdi. Baxmayaraq ki, bu il mən istəmədən adım bəzi müğənnilərlə qalmaqalda hallandı.
Adlarımı hallandırmaqları isə onlara baha başa gəldi. Bu sözlərim əbəs yerə deyil. Yaxınlarda hər şeyin şahidi olacaqsınız. Hələliksə yaradıcılıq işlərimlə əlaqədar Gürcüstandayam. Bir neçə gün sonra paytaxta qayıdacam və yeni biznesimin açılışını edəcəm. Biznesimin ilk növbəsində restoran durur. Bir neçə ay sonra biznesimi daha da genişləndirəcəyəm"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре