3-cü mkr. dairəsinə giriş bağlanır - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Sürücülərə alternativ olaraq Rövşən Cəfərovküçəsindən istifadə etmələri tövsiyə olunur.
Paytaxtda daha bir yol təmirə görə bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Cavadxan küçəsinin Tbilisi prospektindən 3-cü mkr. dairəsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Rövşən Cəfərov küçəsindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Böyütmək üçün şəkillərə klikləyin:


Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре