Tahir Əkbərin səhhəti pisləşdi - Əməliyyat olunacaq...

Day.Az представляет новость на азербайджанском языке.


Tanınmış bəstəkar Tahir Əkbər əməliyyat olunacaq.
 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova məlumat verib.
 

Aybəniz Haşımova sabah bəstəkarın əməliyyat olunacağını qeyd edib:
 

"Bəstəkar Tahir Əkbər sabah günorta saatlarında Nevrocərrahiyyə Xəstəxanasında başından əməliyyat olunacaq. Allah ona can sağlığı və uzun ömür versin. Bütün xəstəxana rəhbərliyinə, işçilərə və millət vəkili Aydın Mirzəzadəyə təşəkkürlərimi bildirirəm".