18 ton bal zay çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 18 ton yararsız bal buraxılmayıb.
 
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: "Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir".
 
Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.