Xəstə olduğu üçün əməliyyata getməyən əsgər yazdı, ürək parçaladı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Türkiyənin Hakkari vilayətindəki Dağlıca bölgəsində PKK terror təşkilatının yola minalar düzərək partlatması nəticəsində 16 əsgərin şəhid olmasının yaratdığı şok hələ də səngiməyib.

Şəhid əsgərlərlə yeni hərbi hissədə xidmət edən Şahin adlı əsgərin Facebook-dakı profilində yazdığı status böyük əks-səda doğurub: "06.09.2015. Səhər saat 04.30. Kazarmada səsə oyandım. 3 gündür ki, qripəm, halsızam. Əməliyyata gedən dostlarım xəstəyəm deyə məni aparmadılar. Buna görə də məndən xəbərsiz Dağlıca jandarm idarəsinə tərəf getdilər. PKK-nın pusqu qurduğu Yüksekova-Hakkari yolu ilə hərəkət edəcəklərdi. Saat 05.10. Yoldaşlarım yola çıxır. "Cobra"nın yanına qədər getməyim onları narahat etdi. "Sən xəstəsən, gəlmə! Bu gün burada qal". İnad etdim, getmək istədiyimi söylədim. Komandirin beş kəlməlik əmri qulaqlarımda cingildədi: "Sənə əmr edirəm! Burada qalacaqsan!"

Saat 15.00. Dağlıcaya hücum xəbərinin yanlış olduğuna ümid edirik. Saat 19.00. Dağlıca Polis İdarəsi ilə əlaqə kəsildi. Danışa bilmirdik. Dostlarım, komandirim cavab vermirdilər. "Rasiyanın dalğası pozulub" deyərək özümə təsəlli verdim, xəbər gözləməyə başladım. Saat 20.35. Dağlıcadan şəhid xəbərləri gəlməyə başladı. Çörəyi, suyu bölüşdüyüm, boyat çörəyi 3 nəfər arasında bölüb yediyim, eyni kazarmada yaşadığım, bir siqareti bəzən paylaşdığım o insanlar məni tərk etmişdilər.

Saat 22.40. Yan çarpayıda yatan "Tülkü" şəhid! O bri yanımda yatan, çəkmələri gizlədən Hoca şəhid! Aramızda ən kiçik Terliksi şəhid! "Ankaralılar kimiyəm" deyən "Laz Er" şəhid! Komandirim, mayor Qırğız yaralı! Yorğanımı dartışdıran "Kobraçı" Murat şəhid! Qardaşının toyu üçün gün sayan, səbirsizliklə gözləyən "Ərəb" Mərd şəhid! Mən Şahin isə qrip... Şahin edə bilmədi. Şahinin yası var bu gün. Şahin yaralıdır, ürəyi parçalanıb... Nə yazım indi? Səhər birlikdə çay içdiyim dostumun şəhid olmasını, yoxsa "İstiqlal Marşı"nı oxuyub "Necəsiniz, aslanlarım?!" deyən komandirimin şəhid düşməsini?! İçim yanır! Allahım, dilimin dönmədiyi, söyləyə bilmədiyim cümlələri sənə həvalə edirəm..."

Milli.Аz

Böyütmək üçün şəkillərə klikləyin.