Məşhur ifaçı dünyasını dəyişdi

Day.Az представляет новость на азербайджанском языке
Azmedia.az xarici mətbuata istinadla yazır ki, "Talk Talk" qrupunun ifaçısı Mark Hollis dünyasını dəyişib. İfaçının meneceri Keith Aspden, Hollisin qısa bir narahatçılığının ardından 64 yaşında öldüyünü açıqlayıb.
Talk Talk qrupu 80-ci illərdə "it's my life" və "such a shame" mahnıları ilə şöhrətə qovuşmuşdu. Mark Hollis 1998-ci ildə solo albom çıxartdıqdan sonra səhnələrdən uzaqlaşmış və bu qərarı ilə bağlı "ailəmi seçirəm. Bəlkə də digərləri bunu edə bilər amma mən eyni anda həm qastrol səfərlərinə çıxıb, həm də yaxşı bir ata ola bilmərəm." deyə açıqlama vermişdi.
"Talk Talk"un gitaristi Paul Webb, Instagram hesabından etdiyi paylaşımda musiqi sahəsində dahi hesab etdiyi Hollis-in özünəməxsus fikirlərindən çox təsirləndiyini və bir zamanlar onunla eyni qrupta olmağın büyük bir şərəf olduğunu dilə gətirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре