https://news.day.az/azerinews/1340821.html
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Xatırladaq ki, Amerik Birləşmiş Ştatları may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb.
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, Amerik Birləşmiş Ştatları may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.
Ümumilikdə NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре