Paytaxt yollarında tıxac var

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliytindən APA-ya verilən məlumata görə, sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətinə də çətinliklər yaradır.

Sıxlıq müşahidə olunan küçə və prospektlər:

Ziya Bünyadov prospekti - Hər iki istiqamətdə

Koroğlu Rəhimov küçəsi - Hər iki istiqamətdə

Tbilisi prospekti - Hər iki istiqamətdə

Xətai prospekti - Təhsil Nazirliyin qarşısı - Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsi istiqamətində

A.Salamzadə - Ziya Bünyadov prospekti istiqamətdə

Rövşən Cəfərov küçəsi - Ziya Bünyadov prospekti istiqamətdə

28 May küçəsi - Rəşid Behbudov küçəsi istiqamətində

Əbdüləzəl Dəmirçizadə - Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsi istiqamətində

Azadlıq prospekti - Hökmət evi istiqamətində

Şəmsi Bədəlbəyli - Rəşid Behbudov küçəsi istiqamətində

Abbasqulu Ağa Bakıxanov küçəsi - Türkiyə Səfirliyi istiqamətində

Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində

Heydər Əliyev prospekti - Kənar yol - Bağırov körpüsünün yanı - Mərkəz istiqamətində

Bakı-Sumqayıt şossesi - Avtovağzal - 20 Yanvar dairəsi və Şamaxinka dairəsi istiqamətlərində

Badamdar Sosessi - Hər iki istiqamətdə.