Fatimə Mövlamlı həbs edildi

"Meydan TV" ilə əlaqəli cinayət işinə görə saxlanılan jurnalist Fatimə Mövlamlı həbs edilib.

Day.Az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Fatimə Mövlanlı barəsində 1ay 9 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.