Ukraynada yaşayan azərbaycanlı gənc 10 gündür yoxa çıxıb

Ukraynada yaşayan azərbaycanlı gəncdən ailəsi xəbər ala bilmir.

Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində aşpaz işləyən 23 yaşlı Fərid Sultanovdan 10 gündür xəbər yoxdur. Sonuncu dəfə ailəsi onunla sentyabrın 10-u əlaqə saxlaya bilib.

Həmin ölkədə yaşayan və onu görən həmyerlilərimizdən bu barədə məlumat verməyi xahiş olunur.