https://news.day.az/azerinews/1383582.html
Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir - "Yeni Klinika"
Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir - "Yeni Klinika"
Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.
"Yeni Klinika"dan Day.Az-a verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir. Vəziyyətində dəyişiklik yoxdur.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре