“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda vəzifəyə yeni

Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Müzey Mərkəzinə direktor təyin edilib.

Day.Az xəbər verir ki, o, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlamış, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışmışdır. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olmuşdur.

2021-2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak etmişdir. Bu dövrdə onun bilavasitə iştirakı ilə bir çox konseptual təşəbbüslər və təşkilati işlər həyata keçirilmişdir.
Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.