Son günlər çoxalan piyada ölümlərinin qarşısını necə almaq olar?

Piyada keçid olmayan yerdən yolu keçir... Avtomobil sürətini azaldır, lakin arxadakı maşın gəlib həmin nəqliyyat vasitəsinə çırpılır və faciə baş verir... Son dövrlərdə piyadaların səbəb olduğu belə yol nəqliyyat hadisələrinə tez-tez rast gəlinir...

Day.Az xəbər verir ki, sakinlər deyirlər ki, piyadalar təhlükəsizliklərini düşünərək, piyada keçidindən keçməlidirlər. Ancaq bəzən ərazidə piyada keçidləri belə işə yaramır. Bəzi ərazilərdə isə ümumiyyətlə piyada keçidi ya yoxdur, ya da çox uzaqdadır.

Yol hərəkəti üzrə ekspert Yasin Mustafayev bildirir ki, qanunvericiliyə əsasən, avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır.

Yasin Mustafayevin sözlərinə görə, beynəlxalq təcrübəyə əsaslanaraq, piyada keçidlərinin sayı artırılmalıdır.

O, deyir ki, bu cür hadisələrin çoxunda piyada məsuliyyətsizliyi ilə yanaşı, sürücü diqqətsizliyi də ağır qəzaları qaçılmaz edir.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.