https://news.day.az/azerinews/1384488.html
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Day.Az APA-ya istinadən bildirir ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə - metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре