Araik Vardanyanı bu tarixdə vəzifəsindən azad edəcək? - Yeni "dövlət naziri"nin adı açıqlandı - İDDİA
Cümə axşamı Araik Arutyunyan Ruben Vardanyanın "dövlət naziri" vəzifəsindən azad olunduğunu elan edəcək.
Day.Az xəbər verir ki, bu iddia ilə Ermənistanın "Hraparak" nəşri çıxış edir.
Bildirilir ki, separatçı Arutyunyan fevralın 23-də ermənilərə müraciəti zamanı Vardanyanın vəzifəsindən azad olunması barədə danışacaq.
"Vardanyan bir müddət əvvəl istefa verməyəcəyini bildirdiyi üçün onun fərmanla vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. Lakin bu qərar münaqişəli vəziyyətdə deyil, qarşılıqlı razılaşma əsasında verilib. Vardanyan Qarabağda qalacaq və müxtəlif problemlərin həllinə yardım edəcək".
Həmçinin nəşr iddia edir ki, Vardanyanın yerinə yeni "təyinat" da həyata keçiriləcək.
Bildirilir ki, Vardanyanın yerinə Qarabağın "baş prokuroru" Qurgen Nersisyan təyin olunacaq. Onun Soros dairələri ilə yaxın əlaqələrinin olduğu bildirilir.
Elvin Səxavətoğlu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре