“Google Chrome”-da pəncərələri bağlamaq daha

"Google", "Microsoft Edge"-dən sonra yeni funksiya üzərində işləyir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, "Reddit"-də görünən skrinşotlara görə, "Chrome" istifadəçiləri nişanı iki dəfə klikləməklə bağlaya biləcəklər. Bu, birdən çox nişanı idarə etməyi asanlaşdıracaq.

Bildiyiniz kimi, brauzerlərdə çox sayda tab olduqda, "X" düyməsi görünməz olur və bu, tabları idarə etməyi çətinləşdirir. Yeni funksiya, açıq çoxlu nişanlar olduqda istifadəçilərin işini asanlaşdıracaq.

Məlumata görə yalnız "Chrome Canary"-də sınaqdan keçirilmiş yeni funksiyanın stabil "Chrome" nə vaxt gələcəyi hələlik bəlli deyil.