Osteoporoz Simptomları Nələrdir? Nə Zaman Müayinə Lazımdır?

Osteoporoz sümük sıxlığının azalması ilə xarakterizə olunan ümumi bir sümük xəstəliyidir. Xüsusilə yuxarı yaşlarda və postmenopozal dövrdə tez-tez görülən bu xəstəlik sümük qırılması riskini artıra bilər. Sümük itkisi olaraq da adlandırılan bu xəstəliyin səbəbləri, simptomları və müalicə üsulları haqqında məlumat sahibi olmaq sağlam həyat sürmək istəyənlər üçün əhəmiyyətli bir addımdır.

Osteoporoz nədir?

Osteoporoz sümük sıxlığının həddindən artıq azalması səbəbindən sümüklərin daha kövrək olması deməkdir. Qeyd etdiyimiz kimi, sümük itkisi olaraq da adlandırılan bu duruma hərfi mənada süngər (məsaməli) sümük də deyirlər. Bioloji Təbabət Klinikasınınhəkimləri bildirir ki, sümüklərin içərisində boşluqlar əmələ gəlir və onların sıxlığı azalır. Bu durum sümükləri qırılma və çatlamaya meyilli edir. Xəstəlik adətən sınıq və ya çatlaq yarandıqdan sonra sümüklərin müayinə edilməsi ilə aşkar edilir. Osteoporoz səbəbi ilə qırıqların ən çox rast gəlindiyi sümüklər bilək, onurğa və omba sümükləridir.

Klinikanın həkimləri bildirir ki, sümük itkisinə yaşlı insanlarda və kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Osteoporozun əlamətləri hansılardır?

Osteoporozun simptomları adətən ilkin mərhələdə özünü göstərmir və xəstəliyi aşkar etmək çətindir. Sümük sıxlığı azala bilər, lakin bir çox hallarda əhəmiyyətli qırıqlar və ya çatlar meydana gəlməyincə xəstəlik nəzərə çarpmayacaqdır. Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, osteoporoz irəlilədikcə aşağıdaki simptomlar görünə bilər:

  • Onurğada sınıq və ya çökmüş vertebranın səbəb olduğu bel ağrısı;
  • Zamanla sümüklərin əyriliyinə görə boyun qısalması;
  • Kifoz və əyri duruş;
  • Sadə hərəkətlərlə belə baş verə biləcək qırıqlar və çatlar.

Bu simptomlar osteoporoz inkişaf etmiş səviyyələrə çatdıqda baş verir. Bu mərhələdə sümük zədələnməsi geri dönüşü olmayan mərhələyə çatır. Ona görə də qocalmış, yaşlı insanlar sümük itkisi yaşmamaq üçün həyat tərzində dəyişiklik etməli, qidalanmaya diqqət etməli və mütəmadi olaraq idman etməlidir. Həkimlər bildirir ki, postmenopozal qadınlar həkimləri tərəfindən tövsiyə olunan aralıqlarla sümük sıxlığı skrininq testlərindən keçməlidirlər.

Osteoporoz diaqnozu necə qoyulur?

Texnologiyanın inkişaf etməsi ilə paralel tibbi yeniliklər də durmadan artır. Bu da müxtəlif xəstəliklərin diaqnostikasını asanlaşdırır. Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, xəstəliyin dəqiq diaqnozu üçün Densinometriya (DEXA) metodu istifadə olunur. Bu üsulla sümük sıxlığını asanlıqla və ağrısız şəkildə ölçmək mümkündür. Ölçmə adətən omba, bilək və ya onurğanın sümüklərindən birində aparılır. Qeyd etdiyimiz kimi, bu xəstəlik adətən erkən mərhələlərdə simptomlar göstərmir, ona görə də postmenopozal qadınlar və 50 yaşdan yuxarı kişilər simptomlar görünməzdən əvvəl müntəzəm olaraq DEXA ilə müayinə olunmalıdırlar.

Osteoporoz necə müalicə olunur?

Bioloji Təbabət Klinikasının həkimləri bildirir ki, xəstəliyin müalicəsi xəstəliyin irəliləməsi, son 10 ildə sümük sağlamlığı problemləri, sıxlıq ölçüləri kimi faktorlardan asılı olaraq planlaşdırılır. Sınıq riski az olanlar üçün vitamin/mineral əlavələri və sağlam pəhriz tövsiyə olunur. Yüksək riskli xəstələrdə bifosfonatlara üstünlük verilir, lakin yan təsirlərə görə paralel olaraq venadaxili dərmanlar nəzərdə tutula bilər.

Monoklonal antikorlar uzunmüddətli istifadə üçün uygundur. Klinikanın həkimləri bildirir ki, hormonla əlaqəli müalicələr, xüsusilə menopozdan sonra başlayan estrogen əlavələri sümük kütləsini qorumağa malikdir, lakin döş xərçəngi riskini artıra bilər. Fayda-zərər əlaqəsini nəzərə alaraq estrogen tərkibli dərmanlar tövsiyə edilməlidir. Həkim müalicə prosesində sümük formalaşmasını dəstəkləyən dərmanlar da təyin edilə bilər.

Əgər sizdə yayılmış sümük ağrıları varsa və ya bununla bağlı hər hansısa simptomlar görünsə, dərhal həkimlə əlaqə saxlamalı və müayinələrdən keçməlisiniz. Heç bir əlamət olmasa belə, müntəzəm müayinələr vacibdir. Unutmayın ki, müalicəyə tez başlamaq və ciddi problemlərin qarşısını almaq üçün erkən və dəqiq diaqnoz çox vacibdir.