Qarabağ Universitetinə təyin edilən rektor kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

Day.Az xəbər verir ki, Trend yeni təyin olunan sədrin dosyesini təqdim edir:

Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. 2012-ci ildə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.

2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.