Azərbaycanda ilin ikinci rübü ərzində cəmi ipoteka kreditləri üzrə tələb azalıb
Sorğunun 2024-cü il II rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olmuşdur. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar növbəti rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda sərtləşmənin davam edəcəyini gözləyirlər.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin II rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas səbəbi daxili ipoteka kreditləri olmuşdur. Eyni zamanda, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbi də cari ilin əvvəlki rübü ilə müqayisədə azalıb.
Sorğu nəticələrinə əsasən banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırırlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре