Azərbaycanda yeni ixtisas yaradılır

Dronların texniki xidməti və təmiri üzrə texnik ixtisası yaradılır.

Day.Az xəbər verir ki, bu barədə "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda edilən dəyişiklikdə qeyd edilib.

Qeyd edilib ki, "Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı" ixtisas qrupuna "Aviasiya yanacaq-sürtkü materiallarının texnoloji avadanlıqları üzrə mexanik" ixtisasından sonra "Dronların texniki xidməti və təmiri üzrə texnik" ixtisası əlavə edilir