Bakıda “TeamGym” üzrə 15-ci Avropa çempionatı başa çatıb

Bakıda ilk dəfə keçirilən "TeamGym" üzrə 15-ci Avropa çempionatı başa çatıb.

Trend xəbər verir ki, turnirin dördüncü günündə son olaraq böyük kişi gimnastlardan ibarət 6 komanda mübarizə aparıb.

Üç proqramın cəminə əsasən, Danimarka komandası 62.950 xal toplayaraq bütün rəqiblərini üstələyib.

İsveç yığması 60.150 xalla gümüş, Norveç komandası 55.850 xalla bürünc mükafata yiyələnib.
Böyük Britaniya (51.900), Portuqaliya (51.100) və İtaliya (50.050) komamdaları isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub və yarış başa çatıb.