Fransa Milli Assambleyası hökumətə etimadsızlıq barədə qətnamə qəbul edib

Fransa Milli Assambleyası Mişel Barnier hökumətinə etimadsızlıq barədə qətnamənin lehinə səs verib.

Day.Az xəbər verir ki, bu qərarı 331 deputat dəstəkləyib. Milli Assambleyanın sədri Yael Bron-Pivet bildirib ki, Fransa Konstitusiyasına əsasən, Mişel Barnier respublika prezidentinə istefa ərizəsini təqdim etməyə məcburdur.

 

Qeyd edək ki, etimadsızlıq qətnaməsinin qəbul edilməsi üçün 577 deputatdan ən azı 289-nun səsi lazım idi.