Koreya prezidentini həbs etmək istədilər

Cənubi Koreyada hüquq-mühafizə orqanları impiçment elan edilmiş Prezident Yoon Suk Yeol-u həbs etmək üçün onun iqamətgahına daxil olublar.

Day.Az xəbər verir ki, prezidentin iqamətgahında hüquq-mühafizə orqanları ilə hərbi hissə arasında qarşıdurma yaranıb.

Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Yoon Suk Yeol-u qiyam ittihamı ilə həbs etmək üçün cümə günü prezidentin iqamətgahına daxil olublar. Lakin, həbs əmri icra olunduqdan sonra hərbçilər bu əməliyyatı bloklayıb.Cənubi Koreya Müdafiə Komandanlığının məlumatına görə, hərbi hissə polisin Prezidentin iqamətgahına daxil olmasına mane olub. Hüquqşünas Yun Gap-geun agentliyin həbs əmri icrasını qeyri-qanuni və etibarsız olduğunu bildirib və bu mövzuda hüquqi tədbirlərin görüləcəyini vurğulayıb.

Qeyd edək ki, Cənubi Koreya qanunlarına görə, dövlətə xəyanət və ya üsyan hallarında vəzifədə olan prezidenti mühakimə etmək mümkündür. Lakin Yoonun müdafiəçisi agentliyin qiyam araşdırması aparmaq səlahiyyətinə malik olmadığını iddia edir.