https://news.day.az/azerinews/1720283.html
Qaxda azyaşlını yük maşını vurub
Qaxda 8 yaşlı qızı yük maşını vurub. Day.Az APA-a istinadən xəbər verir ki, hadisə Qax şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən şadlıq evinin yanında baş verib. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi "Ford" markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub.
Qaxda azyaşlını yük maşını vurub
Qaxda 8 yaşlı qızı yük maşını vurub.
Day.Az APA-a istinadən xəbər verir ki, hadisə Qax şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən şadlıq evinin yanında baş verib.
Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi "Ford" markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağıq qiymətləndirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Azyaşlının şadlıq evində keçirilən toydan çıxarkən maşınla vurulduğu bildirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре