Goranboyda narkokuryer saxlanıldı

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ. Hüseynzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Day.Az-a verilən məlumata görə, ondan 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.

Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.