https://news.day.az/azerinews/1722637.html
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs edildi
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib. Day.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb. Məlumata görə, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulub.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs edildi

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Day.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulub.
"İstanbul şəhərində yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 7 şübhəli şəxsi saxlayıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 6-sı həbs edilib, 1-i sərbəst buraxılıb", - məlumatda qeyd edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре