Azərbaycan İsrailin təkcə tərəfdaşı yox, həm də regiondakı müttəfiqidir - BESA analitik mərkəzi
Azərbaycanın İsraillə strateji tərəfdaşlığı müsəlman və yəhudi dövlətləri arasında olan ən sabit tərəfdaşlıqlardan birinə çevrilib.
Day.Az xəbər verir ki, bu haqda "Begin-Sədat" Strateji Tədqiqatlar Mərkəzinin (BESA) ekspertləri yazır.
Son otuz il ərzində iki ölkə enerji, hərbi və təhlükəsizlik sahəsində fəal şəkildə əməkdaşlıq ediblər. Azərbaycan, eyni zamanda, İsrailin enerji təhlükəsizliyinin və regional müdafiənin təmin olunmasında həlledici rol oynayır.
"Azərbaycan İsrail təhlükəsizliyi üçün həyati əhəmiyyətlidir, ələlxüsus da İranla ümumi sərhədinin olması kontekstində", - deyə BESA-dan bildiriblər. Qeyd olunur ki, hərbi və kəşfiyyat sahələrində strateji əməkdaşlıq son dərəcə vacibdir.
Bundan savayı, BESA Azərbaycanın unikal mövqeyinə diqqət çəkərək, ölkənin müsəlmanlarla yəhudilərin bərabər yaşayışı baxımından uğurlu nümunə olduğunu vurğulayır. Həmçinin, iki xalqın arasında olan möhkəm dostluq əlaqələrindən söz açılır. İsrailin mötədil müsəlman ölkələri ilə münasibətlər qurmasına vasitəçilikdə Azərbaycan böyük töhfələr verir, belə ki, ölkə Avraam Sazişi kontekstindən İsraillə Fars körfəzi ölkələri arasındakı münasibətlərin kəsilməsinin qarşısının alınmasından mühüm rol oynayıb.
BESA ekspertləri hesab edirlər ki, İsrail və Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə, tərəfdaşlıq İsrailin regiondakı strateji maraqlarının ayrılmaz hissəsi olaraq qalacaq.
"Azərbaycan sadəcə tərəfdaş deyil, o İsrailin regiondakı sabitlik səylərində və ümumi təhdidlərə qarşı cavab tədbirlərində vacib müttəfiqidir", - deyə BESA qeyd edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре