https://news.day.az/azerinews/1723828.html
Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq - XİN
Ən qısa zamanda Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq. Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib. "Azərbaycanın Suriyada fəaliyyət göstərən diplomatik təmsilçiliyi yox idi.
Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq - XİN
Ən qısa zamanda Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq.
Day.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Azərbaycanın Suriyada fəaliyyət göstərən diplomatik təmsilçiliyi yox idi. Məlum hadisədən dərhal sonra bu istiqamətdə müvafiq addımlar atıldı", - o bildirib.
Nazir qeyd edib ki, qısa müddət ərzində Azərbaycan nümayəndə heyəti Suriyada oldu:
"Orada diplomatik missiyamızın bərpasında niyyətimizi ortaya qoyduq. Ən qısa zamanda səfirliyin fəaliyyəti bərpa olunacaq. Hazırda texniki işlər gedir".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре