https://news.day.az/azerinews/1724150.html
Azərbaycan karateçiləri Parisdə ilin ilk turnirinə qatılacaqlar
Dünya Karate Federasiyası (WKF) Parisdə keçiriləcək yeni mövsümün ilk Premyer Liqasında iştirakçı ölkələrin sayını açıqlayıb. İdman.biz xəbər verir ki, yarış 70 ölkədən 400-ə yaxın idmançını bir araya gətirəcək. Onların arasında Azərbaycan karateçiləri Turqut Həsənov (84 kq), Fidan Teymurova (50 kq) və Nuran Rzazadə (67 kq) olacaq.
Azərbaycan karateçiləri Parisdə ilin ilk turnirinə qatılacaqlar
Dünya Karate Federasiyası (WKF) Parisdə keçiriləcək yeni mövsümün ilk Premyer Liqasında iştirakçı ölkələrin sayını açıqlayıb.
İdman.biz xəbər verir ki, yarış 70 ölkədən 400-ə yaxın idmançını bir araya gətirəcək.
Onların arasında Azərbaycan karateçiləri Turqut Həsənov (84 kq), Fidan Teymurova (50 kq) və Nuran Rzazadə (67 kq) olacaq.
Qeyd edək ki, yanvarın 24-26-da baş tutacaq Premyer Liqada iştirakçılar dünya çempionatına vəsiqə qazanmaq şansı əldə edəcəklər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре