https://news.day.az/azerinews/1725419.html
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası bu tarixdə keçiriləcək
Bu il Milli Məclisin yaz sessiyası fevralın 1-i deyil, 3-ü başlayacaq. Day.Az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsində yaz sessiyasının müddəti barədə bildirilib: "Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası bu tarixdə keçiriləcək
Bu il Milli Məclisin yaz sessiyası fevralın 1-i deyil, 3-ü başlayacaq.
Day.Az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsində yaz sessiyasının müddəti barədə bildirilib:
"Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır".
2025-ci il fevralın 1-i şənbə, 2-si bazar gününə təsadüf etdiyindən Daxili Nizamnaməyə əsasən, yaz sessiyasının ilk plenar iclası fevralın 3-də keçiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре